Ruhaninin qardaşının həbsi ilə bağlı detallar açıqlandı - Yenilənib

Ruhaninin qardaşının həbsi ilə bağlı detallar açıqlandı - Yenilənib
  17 İyul 2017    Oxunub:7854
Xəbər verdiyimiz kimi, İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firudin maliyyə cinayətlərində təqsirli bilinərək həbs olunub.
Türkiyənin "Anadolu" agentliyinin yaydığı xəbərə görə, Ruhaninin qardaşı Firudin mühakimə olunduğu iddiada haqqında verilən pul cəzasını ödəmədiyi üçün həbs edilib.

Məhkəmə Hakimiyyəti sözçüsü Qulamhüseyn Muhseni Ejei keçirdiyi həftəlik mətbuat konfransında, Firudinin sözügedən təminatı ödəmədiyi üçün həbs olunduğunu bildirib. O, Firudinin ancaq pulu ödədikdən sonra sərbəst buraxılacağını vurğulayıb.

Sözügedən pulun miqdarı barədə məlumatı olmadığını söyləyən Məhkəmə Hakimiyyəti sözçüsü məsələnin araşdırdığını bildirib.

Məlumatda qeyd edilir ki, İranın keçmiş prezident Mahmud Əhmədinejadın müavini Həmid Bakayi də vəzifədə olduğu dövrdə maliyyə cinayətlərində təqsirli bilinərək 15 milyon 350 min dollar məbləğində pulu ödəmədiyi üçün həbs olunmuşdur.

***
(16:15)

İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firudin həbs olunub.

AzVision.az RİA "Novosti"yə istinadən xəbər verir ki, prezidentin qardaşı maliyyə cinayətlərində təqsirli bilinir.

Məlumata görə, H.Firudinlə yanaşı onunla əlbir olan bir neçə nəfər də tutulub.

Hələlik cinayətin təfərrüatları açıqlanmayıb.

Qeyd edilib ki, prezidentin qardaşı 2015-ci ildə İranın nüvə proqramına dair danışıqlarda ölkənin rəsmi nümayəndəsi olub.





AzVision.az


Teqlər: İran   Həsən-Ruhani  





Xəbər lenti