Nazirlə şəkil çəkdirən qız imtahanda 700 bal topladı - FOTOLAR

Nazirlə şəkil çəkdirən qız imtahanda 700 bal topladı - FOTOLAR
  17 İyul 2017    Oxunub:74580
“700 bal topladığımı eşidəndə çox sevindim. Sevinc hisslərimi sözlə ifadə edə bilmirəm. Birinci qəbul imtahanında kodlaşdırmada səhv etdiyimə görə 700 bal toplaya bilməmişdim”.
Bunu AzVision.az-a açıqlamasında iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında 700 bal toplayan Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu Pərvin Əhmədova deyib.

“Əvvəlki imtahanda 657 bal toplamışdım. 700 bal yığmağı qarşıma hədəf qoymuşdum. İnanırdım ki, müəllimlərimin ümidlərini doğruldacağam. Allahın izni ilə bunu bacardım” - deyən abituriyent ali təhsilini Azərbaycanda davam etdirmək istədiyini söyləyib.



“Respublika fənn olimpiyadalarında Azərbaycan dili və Ədəbiyyat fənni üzrə birinci yerə layiq görülmüşəm, qızıl medal almışam. Ədəbiyyat biliciləri müsabiqəsində birinci yer qazanmışam. "Parlaq zəka" intelletkual oyununda da qızıl medala layiq görülmüşəm.

Təhsil Nazirliyinə qızıl medal üçün namizədliyim verilib. İl yarım hazırlıqlara getmişəm. Uğur qazanmağımın əsas səbəbi birinci sinifdən yaxşı oxumağımdır”.

P.Əhmədova təhsil naziri Mikayıl Cabbarovun məktəblilərlə keçirdiyi görüşündə iştirak etdiyi söyləyib.



Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.

İmtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

Rekorda imza atan abituriyenlər Bakı şəhəri, Nəsimi rayonu 111 saylı orta məktəbin məzunu İlhamə Hüseynova və Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu Pərvin Əhmədovadır.

Oxşar mövzu - 700 bal toplayan 17 yaşlı qız: "5-ci sinfə kimi kənddə oxumuşam..." (FOTO)

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   İmtahan   700-bal  





Xəbər lenti