“Sirr deyil ki, Azərbaycan bizdən varlıdır”- Sarkisyan

09:53   17 İyul 2017    Oxunub: 794
“Sirr deyil ki, Azərbaycan bizdən varlıdır”- Sarkisyan

2016-cı ildə Ermənistan tərəfində Qarabağ münaqişəsi zonasında Azərbaycanın daha əvvəl aldığı bir sıra silahlar olmayıb.

AzVision.azxəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan "Ermənistan" televiziyasının "R-Təkamül" proqramına müsahibəsində bəyan edib.

“Məgər bu sirrdi ki, Azərbaycan bizdən varlıdır və silahlanmaya daha çox vəsait sərf edir? Sirr deyil. Və əgər kimisə iki və ya beş ildən sonra Ermənistanı Azərbaycandan daha çox varlı edəcəyini desə, onda bu insanı siyasətdən kənara qovmaq lazımdır. Çünki bu şarlatanlıqdır, yalandır”, - deyə Sarkisyan bəyan edib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Ermənistan   Sarkisyan    




Rubrikanın digər yazıları