Ermənistan Rusiyadan kreditə yeni silahlar alır

Xatırladaq ki, 2015-ci ildə Ermənistan parlamenti Rusiyadan silah alınması məqsədilə bu ölkə ilə kredit müqaviləsini təsdiqləyib. Bu kredit əlverişli şərtlər əsasında yeni silahların həm də Rusiyadakı yerli qiymətlərlə alınmasına imkan verməli idi.
Ermənistan Rusiyadan “Smerç” reaktiv yaylım atəş sisteminin qurğularını və onun sursatlarını, “İqla-S” zenit raket komlekslərini, “Avtobaza-M” yerüstü radiotexniki kəşfiyyat kompleksləri, ağır odsaçan “TOS-1A” sistemlərini, idarəedilən “9M113M” raketlərini, “RPQ-26” qumbaraatanlarını, “Draqunov” snayper tüfənglərini, zirehli “Tiqr” avtomobillərini, mühəndis və rabitə vasitələrini alacaq.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Ermənistan Rusiya