“Xəzərin hüquqi statusu ilə bağlı yekun sənəd 80 faiz razılaşdırılıb”

“Xəzərin hüquqi statusu ilə bağlı yekun sənəd 80 faiz razılaşdırılıb”
  17 İyul 2017    Oxunub:1787
Xəzərin statusu ilə bağlı yekun sənəd 80 faiz razılaşdırılıb, tərəflər arasında dialoq və qarşılıqlı anlaşma mühiti formalaşıb.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "RİA Novosti"-yə müsahibəsində bildirib.

"Xəzərin hüquqi statusunun müəyyən edilməsi üçün xarici işlər nazirlərinin müavinləri səviyyəsində İşçi Qrup yaradılıb. Yekun sənədin təxminən 70-80 faizi artıq razılaşdırılıb", - deyə Məmmədyarov qeyd edib.

Nazir qeyd edib ki, Xəzər dənizi "ayıran deyil, birləşdirən sərvətdir":
"Xəzəryanı dövlətlərin addım-addım cəhdlərini birləşdirərək, məsələnin həllinə yaxınlaşmaları müsbət amildir. Baxmayaraq ki, dənizin hüquqi statusu hələ müəyyən edilməyib, Xəzərin flora və faunasının qorunması, fövqəladə hallarda qarşılıqlı fəaliyyət, terrorizmə qarşı mübarizə kimi məsələlərdə hüquqi baza formalaşdırılıb. Məhz bu baza bizə imkan verir ki, hüquqi status məsələsinin müəyyən edilməsi istiqamətində irəliləyişə nail olaq".

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Xəzər   Məmmədyarov  





Xəbər lenti