Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb

  17 İyul 2017    Oxunub : 391
Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb

Türkiyə fövqəladə vəziyyət rejimi daha üç ay uzadılıb.

AzVision.az "Anadolu" agentliyinə istinadə xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi bu gün fövqəladə vəziyyət rejiminin 2017-ci il iyulun 19-dan başlayaraq, üç ay uzadılmasına dair Nazirlər Kabineti tərəfindən təqdim olunan qanun layihəsini qəbul edib.

Xatırladaq ki, fövqəladə vəziyyət Türkiyədə dövlət çevrilişi cəhdindən sonra – ötən il iyulun 21-də elan olunub və parlamentdə bu il aprelin 18-də qəbul olunan qərarla davam etməkdədir.

AzVision.az

Teqlər: Türkiyə