G20 Obamanı yola gətirə bildimi ?

G20 Obamanı yola gətirə bildimi ?
  07 Sentyabr 2013    Oxunub:1305
ABŞ prezidenti Barak Obama Suriya ilə bağlı planından vaz keçməyəcəyini bildirib.
AzVision.az Reuters-ə istinadən xəbər verir ki, Sankt-Peterburqda baş tutan sammitdə G20 ölkələri Suriyaya hərbi müdaxilə planından əl çəkməsi üçün Obamaya təzyiq göstərib. Lakin Obama Suriyada kimyəvi silah işlədildiyi üçün Vaşinqtona dəstək olan 10 ölkə ilə birgə oraya hava zərbəsi endirəcəyini bildirib. Obama İspaniya daxil olmaqla G20-yə üzv digər 11 ölkəni də ABŞ-ın planına qoşulmağa çağırıb.

Avropa liderlərindən yalnız Almaniya kansleri Angela Merkel Suriyaya hərbi müdaxilə planın imzalanmasına qarşı çıxıb.

Sammitdə Suriya məsələsi ilə bağlı Obama ilə Putinin 20 dəqiqə təkbətək danışığı baş tutub. Buna baxmayaraq iki lider razılığa gələ bilməyib.

“Biz bir-birimizi dinlədik və arqumentlərimizi irəli sürdük, lakin razılaşa bilmədik. Mən onun arqumentləri ilə, o da mənim irəli sürdüyüm arqumentlərlə razılaşmadı” – Rusiya prezidenti Vladimir Putin vurğulayıb.

Çin prezidenti Tsi Cinpinq danışıqlar zamanı Obamanı Suriyaya planlaşdırılan hərbi əməliyyatdan çəkindirməyə çalışıb. Cinpinqin sözlərinə görə, ölkələr addım atmamışdan əvvəl iki dəfə düşünməlidir.

BMT-nin baş katibi Ban Ki mun, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməyən Suriyaya qarşı hərbi əməliyyat planına görə ölkələrə xəbərdarlıq edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti