Şagirdlər üçün yay düşərgəsi keçirilir

Şagirdlər üçün yay düşərgəsi keçirilir
  19 İyul 2017    Oxunub:4649
Bakı məktəbliləri üçün Qusar və Quba rayonları ərazisində yay düşərgələri təşkil edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, paytaxtın Səbail rayonu ümumi təhsil müəssisələrinin 150-dən çox şagirdi Qusar şəhərindəki, Nəsimi rayonu məktəblərində təhsil alan 200 şagird isə Qubada təşkil olunan yay istirahət düşərgələrinə yola salınıb.

“Məktəblilər düşərgələrdə dincəlməklə yanaşı, Qusar və Quba rayonlarının ərazisindəki səfalı və tarixi yerləri gəzir, idman yarışlarında, intellektual oyunlarda iştirak edirlər. Həmçinin, şagirdlər hərbi hissələrdə əsgərlərin gündəlik həyatı, hərbi hissədəki şərait, ordumuzun silah və texnikası ilə yaxından tanış olurlar.

Düşərgələrin təşkil edilməsində əsas məqsəd məktəblilərin yay istirahətinin səmərəli keçməsini, onların sağlam böyüməsini, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasını təmin etməkdən ibarətdir”.



Aytən Zəhra
AzVision.az



Teqlər: Təhsil-Nazirliyi   düşərgə  





Xəbər lenti