İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmayacaq
Demokratik Qüvvələrin Milli Şurasının sədri Rüstəm İbrahimbəyov sentyabrın 6-da “Media forum” saytının suallarını cavablandırıb. AzVision.az həmin müsahibəyə istinadən xəbər verir ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq niyyətində deyil.
“Mərkəzi Seçki Komissiyası mənim namizədliyimi qeydiyyata almadı. Buna baxmayaraq Milli Şura dərhal başqa bir vahid namizəd seçdi” deyən İbrahimbəyov “…belə bir vəziyyətdə Rusiya vətəndaşlığından çıxmağının bir əhəmiyyəti olmadığını” bildirdi.
“Sənədlərim oradadır, nə zaman istəsələr baxacaqlar. Müraciətimi geri götürə bilərəm və ya Rusiya vətəndaşlığından çıxıb bir müddət sonra yenidən bərpa da edə bilərəm”-deyə İbrahimbəyov sözlərinə əlavə edib.
Rüstəm İbrahimbəyov sədrlik etdiyi qurumda son zamanlar artan narazılıqlara da aydınlıq gətirib. Bildirib ki, narazılıqlara səbəb Milli Şurada olan partiya, hərəkat və təşkilatlar, o cümlədən müstəqil insanlar arasında ciddi fikir ayrılıqlarıdır. O,bunu adi hal kimi qiymətləndirib. Xüsusuilə də EL hərəkatı üzvlərinin narazılıqları olduğunu qeyd edən İbrahimbəyov, nədənsə bunu qurum üzvləri arasında anlaşılmazlıqlarla deyil, EL-in maliyyə imkanlarının məhdudluğu ilə əlaqələndirib. Onun fikrinci El hərakatının Milli Şuradan çıxmaq fikri yoxdur.
R.İBrahimbəyov Liberal Partiyasının lideri Lalə Şövkətin Milli Şuradan getməsinə də münasibət bildirib: Sədr olmasına baxmayaraq qurumunda baş verənlərdən bixəbər olan İbrahimbəyov, həm “-dəqiq informasiyam yoxdur”, həm də “-hər şeyi bilirəm , Lalə Şövkətin də müəyyən narazılığı var və çox əsaslıdır, köklü səbəbləri var-”özü-özünü ifşa edib. “ Narazılığın nədən ibarət olmasını açıqlamıram, özləri istəyirlərsə, narazılığın nə olduğunu desinlər. Amma mən Lalə Şövkətin tərəfindəyəm”-deyə sözlərinə əlavə edib.
İbrahimbəyov Milli Şurada idarəçilik sisteminin mükəmməl olmadığını etiraf edərək bildirib ki, qurumda söz-söhbətlər məhz bununla bağlıdır. O, qurumdaxili çəkişmələrin mediaya açıqlanmasının əleyhinə olduğunu da qeyd edib.
AzVision.az