Lavrov Kerri ilə Suriyanı müzakirə etdi

Lavrov Kerri ilə Suriyanı müzakirə etdi
  07 Sentyabr 2013    Oxunub:1344
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon danışığı olub.
AzVision.az xəbər verir ki, danışıq zamanı liderlər Suriya məsələsi ilə bağlı vəziyyəti müzakirə ediblər. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf bildirib.

Harfın sözlərinə görə, liderlərin telefon danışığı 40 dəqiqə davam edib. Danışıq zamanı Lavrov Kerri ilə Suriya münaqişəsinin sülh yolu ilə həll olunması üzrə Cenevrədə keçiriləcək konfransa hazırlığı müzakirə ediblər. Onlar həmçinin Dəməşqdə kimyəvi silah tətbiqinə beynəlxalq ictimaiyyətin reaksiyasına toxunublar.

Qeyd edək ki, Lavrovla Kerrinin əvvəlki söhbəti avqustun 27-də baş tutmuşdu.

AzVision.az


Teqlər:  





Xəbər lenti