Misirin Azərbaycandaki səfiri:`Qahirədə vəziyyət stabildir`
SİTAT: Biz yeni hökümət qurmağa başlamışıq və Baş nazir doktor Hazım əl-Biblavi cəhd edir ki, iqtisadiyyatı inkişaf etdirsin. Hazırda Misirdə vəziyyət stabildir. Turstlər Misirə qeri qayıtmağa başlayıb. Mən bu yaxınlarda Misirdə idim. İnsanlar xoşbəxtdirlər. Mən hesab edirəm yeni konstitusiyanın qəbul edilməsindən sonra hər şey daha da yaxşı olacaq. Bundan sonra müvafiq olaraq seçkilər keçiriləcək. Seçkilər bütün bu problemləri tezliklə həll edəcək.