Siruz Təbrizli vəfat etdi - YENİLƏNİB

Siruz Təbrizli vəfat etdi - YENİLƏNİB
  07 Sentyabr 2013    Oxunub:2861
YAP-ın qurucularından biri, keçmiş mətbuat və informasiya naziri Sirus Təbrizli dünyasını dəyişib.
Azərbaycan xalq hərəkatının fəallarından olmuş məçhur siyasi xadim, YAP-ın qurucularından biri, keçmiş mətbuat və informasiya naziri Sirus Təbrizli dünyasını dəyişib. Məlumatı azadliq.info-ya vəkil Aslan İsmayılov verib. Aslan İsmayılova isə bu bəradə mərhumun qızları xəbər verib.

Təbrizli Nabrandakı bağ evində vəfat edib. Onun nədən öldüyü bilinməsə də, səhər yuxudan ayılmadığı deyilir.

Hazırda mərhumun cənazəsi Bakıya gətirilir.

****
Bu dəqiqələrdə aldığımız məlumata görə Sirus Təbrizlinin cəsədi onun qəfil ölümünün səbəbini araşdırmaq üçün Quba şəhərinə, pataloji-anatomik ekspertizaya göndərilib.

Məlumatı Virtualaz.org-a mərhumun yaxınları verib.



Teqlər:  





Xəbər lenti