İqbal Ağazadə ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb

İqbal Ağazadə ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb
  07 Sentyabr 2013    Oxunub:1034
Bu gün prezidentliyə namizəd İqbal Ağazadə ATƏT-in Bakı ofisinin rəhbəri Koray Targayla görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə ATƏT- in Demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Deç, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Targayın müavini Monika Martines, prezidentliyə Namizəd İqbal Ağazadənin Seçki Qərargahının sədri Taleh Əliyev və Ümid Partiyasının ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Aynur İmranova iştirak etib.

Görüşdə Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət, namizədlərin qeydiyyat prosesi, seçki kampaniyası, seçki orqanları və müvafiq dövlət qurumlarının işi, seçki qanunvericiliyi və onun icrası ilə bağlı məsələlər müzakirə olunub və prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti