Mosulda Pirr qələbəsi: 20 min hərbçi, 40 min sakin ölüb

Mosulda Pirr qələbəsi: 20 min hərbçi, 40 min sakin ölüb
  21 İyul 2017    Oxunub:1512
Mosulun İŞİD-dən azad edilməsi üçün aparılan hərbi əməliyyatlarda İraq ordusu 20 min hərbçisini itirib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İraqın vitse-prezidenti Nuri-əl-Maliki bildirib. Onun sözlərinə görə, əməliyyatlarda ordunun xüsusi təyinatlı dəstələri, federal polis qüvvələri, bölgədə fəaliyyət göstərən şiə könüllülərinin “Əl-Həşd əş-Şəəbi” qruplaşmasının silahlıları iştirak edib.

Qeyd edək ki, Mosulun azad edilməsi zamanı həyata keçirilən əməliyyatlarda 40 mindən çox Mosul sakini həlak olub.

AzVision.az



Teqlər: İraq   İŞİD  





Xəbər lenti