Minsk Qrupunun yeni həmsədri Bakıya gəlir

Minsk Qrupunun yeni həmsədri  Bakıya gəlir
  07 Sentyabr 2013    Oxunub:961
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik gələn həftənin əvvəli Bakıya gələcək.

Bu barədə Trend-ə diplomatik mənbə bildirib.

Həmsədr, həmçinin Ermənistan və Dağlıq Qarabağda da olacaq.

Amerikalı həmsədrin regiona səfərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllində öz vasitəçilik missiyasına başlamaqdır.

Qeyd edək ki, C.Uorlik ATƏT-in Minsk Qrupuna ötən ay həmsədr təyin edilib. O, artıq vəzifəsinin icrasına başlayıb.

Sözügedən səfər C.Uorlikin regiona həmsədr kimi ilk səfəri olacaq.


Teqlər:





Xəbər lenti