Təyyarə məcburi eniş etdi - Quşa görə

Təyyarə məcburi eniş etdi - Quşa görə
  22 İyul 2017    Oxunub:1741
Penza-Soçi aviareysi ilə uçmalı olan sərnişin təyyarəsi Saratovda təcili eniş edib.
AzVision.az trend-ə istinadən xəbər verir ki, 82 sərnişinin olduğu təyyarənin enişinə səbəb quş olub.

Əlavə səs və mühərrikdə titrəmə müşahidə edən təyyarə ekipajı Saratov aeroportuna eniş etmək qərarını veriblər. Aeroportda məlum olub ki, sol mühərrikə quş çırpılıb.

AzVision.az


Teqlər: Təyyarə  



Xəbər lenti