Rəsul Quliyevin partiyasi Müsavatı `topa` tutdu

Rəsul Quliyevin partiyasi Müsavatı `topa` tutdu
  07 Sentyabr 2013    Oxunub:1409
Müsavatın başqan müşaviri Səxavət Soltanlının Rəsul Quliyevi, Lalə Şövkəti və Eldar Namazovu hədəf götürməsinə, bu qüvvələrin Milli Şuradan çıxarılması təklifini irəli sürməsinə Açıq Cəmiyyət Partiyasından reaksiya verilib.

Partiyanın üzvü və eks-spiker Rəsul Quliyevin yaxınlarından olan Ağasif Şakiroğlu Müsavatı ittiham edib: “Səxavət Soltanlı Lalə Şövkət və Rəsul Quliyevə irad bildirir. İrad bildirmək üçün ən azından onların etdiklərinin yarısını eləmək lazımdır. Xatırladım ki, Müsavatda olan 5 kişinin mandat qarşısında sınmasına baxmayaraq, Lalə Şövkət sınmadı və öz imzasına, verdiyi vədinə bir kişi qızı kimi əməl edərək parlamentin deputatı seçilsə də, prinsipiallığını nümayiş etdirərək, Milli Məclisə getmədi. Amma özünə ”siyasi lider" deyən şəxs öz verdiyi sözü tuta biləcək qədər biri çıxa bilmədi. Rəsul Quliyev də Milli Məclisin sədri ola-ola istefa vermək mədəniyyətini nümayiş etdirdi. Səxavət Soltan bir özü-nün nüfuzuna diqqət etsin, sonra başqaları haqda belə danışsın".

AzVision.az


Teqlər:  





Xəbər lenti