İsrail səfirliyinə hücum olub: Ölən və yaralı var (Yenilənib)

İsrail səfirliyinə hücum olub: Ölən və yaralı var (Yenilənib)
  24 İyul 2017    Oxunub:1830
İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyinə silahlı hücum olub.
TASS-ın verdiyi xəbərə görə, atışma nəticəsində naməlum silahlılardan biri öldürülüb. Səfirliyin mühafizəçisi ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Rəsmən təsdiqini tapmamış məlumatlara görə, İsrail səfirliyinin əməkdaşları arasında yaralılar var.

***
İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyinə hücum olub.

AzVision.az-ın "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, bu haqda İordaniyanın Ammun agentliyi xəbər verib.

Hücum nəticəsində 1 İordaniya vətəndaşı ölüb və 1 İsrailli xəsarət alıb.

İsrail vətəndaşı aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

AzVision.az


Teqlər: İsrail   Səfirlik  





Xəbər lenti