Lalə Şövkətin Milli Şuranı tərk etmə vaxtı bəlli oldu

Lalə Şövkətin Milli Şuranı tərk etmə vaxtı bəlli oldu
  08 Sentyabr 2013    Oxunub:1299
Lalə Şövkəti Milli Şurada kim əvəz edəcək?
Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Milli Şuranı tərk edəcək.

Bu barədə AzVision.az-a açıqlamasında ALP sədri Əvəz Temirxan deyib. Onun sözlərinə görə, Lalə Şövkətin Milli Şuradan çıxması fikri qətidir :`Seçkidən sonra belə bir fikir var ki, Liberal Partiyası Lalə Şövkətin başqa bir nəfərlə əvəz etməsi üçün Milli Şuraya müraciət etsin`.

Əvəz Temirxan onu da qeyd edib ki, Lalə Şövkəti kimin əvəz edəcəyi şəxs hələ ki, məlum deyil.

Qeyd edək ki, bir müddət əvvəl Əvəz Temirxan AzVision.az-a açıqlamasında bildirib ki, Lalə Şövkəti başqa bir nəfərin əvəz edə biləcəyi haqqında Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazova müraciət edib.

Ə.Temirxan açıqlamasında həmçinin İsa Qəmbərə qarşı sərt mövqe ilə çıxış edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti