700 bal toplayan gənc Almaniyada oxumaq istəyir

700 bal toplayan gənc Almaniyada oxumaq istəyir
  24 İyul 2017    Oxunub:3720
Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 22-də keçirilən qəbul imtahanında IV ixtisas qrupu üzrə maksimum nəticə göstərən abituriyentlərdən biri Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Ziya Müslümovdur.
Təəssüratlarını AzVision.az-la bölüşən Ziya Müslümov 700 bal toplayacağını gözlədiyini deyib.

“Birinci imtahanda 675 bal toplamışdım. Qarşıma məqsəd qoydum ki, balımı artırım. Valideynlərimin və müəllimlərimin əziyyətinin qarşılığını vermək üçün mütləq 700 bal toplamalıydım”.

Hələlik bir il Azərbaycan Tibb Universitetində (ATU) oxumaq istədiyini deyən Z.Müslümov daha sonra təhsilini Almaniyada davam etdirmək niyyətindədir.

“Hazırlığa getməmişəm və məktəb müəllimlərimlə məşğul olmuşam. Fənn olimpiyadalarında iştirak etsəm də, heç vaxt uğur qazanmamışam”.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   700-bal  





Xəbər lenti