Rusiya həbsxanasında 2350 azərbaycanlı cəza çəkir

Rusiya həbsxanasında 2350 azərbaycanlı cəza çəkir
  25 İyul 2017    Oxunub:2508
2017-ci ilin birinci yarısına olan məlumata əsasən Rusiya həbsxanalarında 29 397 əcnəbi cəza çəkir. AzVision.az “RT”-yə istinadən xəbər verir ki, bu şəxslərin 90 faizi ağır və çox ağır cinayətlər törədən şəxslərdir.
Rusiya Cəzaların İcrası Federal Xidmətinin yaydığı məlumata görə əcnəbi məhbuslardan 12-si ABŞ, 97-si isə Avropa İttifaqı vətəndaşıdır.

Rusiya həbsxanalarında MDB ölkələri arasında ən çox əcnəbi məhbus Tacikistandandır. Belə ki, 8002 Tacikistan vətəndaşı Rusiya həbsxanasında cəza çəkir. İkinci yerdə Özbəkistan (6362), üçüncü yerdə Ukrayna (4761) gəlir.

Rusiya həbsxanalarında cəza çəkən Azərbaycan vətəndaşlarının sayı isə 2350 nəfərdir.

Ümumilikdə isə Rusiyada 618 490 nəfər həbsxanadadır. Bunlardan 48 385-i qadın, 1594-ü azyaşlıdır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Azərbaycan  





Xəbər lenti