Böyükağa Hacıyev baş məşqçi postuna namizəd oldu

Böyükağa Hacıyev baş məşqçi postuna namizəd oldu
  08 Sentyabr 2013    Oxunub:1176
“Neftçi” ilə ardıcıl iki dəfə Azərbaycan çempionu olan, ölkə kubokunu qazanan və Avropa Liqasının qrup mərhələsinə adlayan Böyükağa Hacıyev “Skenderbeu”ya məlum məğlubiyyətdən sonra baş məşqçi postundan istefa verdi.

Hazırda “Neftçi”nin prezidenti Sadıq Sadıqovun müşaviri kimi çalışan Hacıyev bu işdə çox qalmaya bilər. Məsələ burasındadır ki, təcrübəli çalışdırıcı Azərbaycan milli komandasının baş məşqçisi postuna rəsmən namizəd olub.

Məlumdur ki, AFFA müqaviləsi başa çatmaqda olan Berti Foqtsla yeni əməkdaşlıqda maraqlı deyil. Odur ki, federasiya onun yerinə namizədləri dəqiqləşdirir.Bunlardan biri olan zəif ləqəbli Böyükağa Hacıyev artıq AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb və məsələni müzakirə edib.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da millini çalışdırmağa namizəddir. (futbol11)

AzVision.az


Teqlər:  





Xəbər lenti