Lalə Şövkətin Cəmil Həsənliyə imza verməməsinin səbəbi bilindi

Lalə Şövkətin Cəmil Həsənliyə imza verməməsinin səbəbi bilindi
  08 Sentyabr 2013    Oxunub:1526
Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə toplanan imzalar arasında bu qurumun üzvləri ALP lideri Lalə Şövkət və partiyanın sədri Əvəz Temirxanın imzasının olmadığı məlum olub.

Məsələ ilə bağlı açıqlama verən ALP sədri Əvəz Temirxan deyib ki, onlar imza vermək istəyiblər: “Mən imza toplamaq üçün Həsən Kərimova şəxsən müraciət etim. Amma o mənə bildirdi ki, imza vərəqələri bitib”.

Ə.Temirxanın sözlərinə görə, ALP-nin C.Həsənliyə imza toplamamasının günahı bu partiyada yox, Milli Şuradadır: “Bu, bizim günahımızdan baş verməyib. Liberal Partiyaya imza vərəqələri verilməyib”. Lalə Şövkətin C.Həsənliyə niyə imza verməməsinə gəlincə isə ALP sədri deyib ki, heç kim L.Şövkətdən imza istəmədiyi üçün o da imza verməyib: “Lalə xanımdan imza istəyən olmayıb, ona görə də o, Cəmil Həsənliyə imza verməyib” (aznews)




Teqlər:





Xəbər lenti