Almaniya Suriyaya `hə` dedi

Almaniya Suriyaya `hə` dedi
  08 Sentyabr 2013    Oxunub:1195
Almaniya Suriyanın kimyəvi silah işlətməsinə qarşı sərt reaksiya tələb edən bəyanata imza atmış on ikinci ölkə olub. "Frans Press" agentliyi xəbər verir ki, bu barədə bu gün Almaniya xarici işlər naziri Qido Vestervelle bildirib.

Daha öncə Avstraliya, Kanada, Fransa, İtaliya, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İspaniya, Türkiyə, Böyük Britaniya və ABŞ tərəfindən imzalanmış bəyanatın mətnini dünən Ağ ev yayıb. Beləliklə, Almaniya BMT Təhlükəsizlik Şurasının qərarı olmadan ABŞ-ın Suriyaya qarşı hərbi əməliyyatlarına dəstək verən sənədə imza atmış beşinci Avropa Birliyi ölkəsi olub.

"Almaniya kansleri Anqela Merkel və mən birgə bəyanatı dəstəkləmək barədə qərar qəbul etdik", - deyə Vestervelle bildirib

AzVision.az
.


Teqlər:





Xəbər lenti