Əlövsət Osmanlı vəfat edib

 Əlövsət Osmanlı vəfat edib
  08 Sentyabr 2013    Oxunub:2052
Tanınmış təhsil eksperti, fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlı 56 yaşında vəfat edib.
Xəbəri APA-ya Ə. Osmanlının oğlu Dilqəm Osmanov təsdiqləyib. O bildirib ki, atası dünən Milli Parkda gəzişərkən anidən ürək tutması olub. Dərhal həkim çağırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Əlövsət Osmanlı 9 iyun 1956-cı ildə Gürcüstan Respublikasının Dəmirli kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsini bitirib.

Azərbaycan, rus və gürcü dillərində nəşr olunmuş 50-yə yaxın dərslik və dərs vəsaitlərinin müəllifidir. Təhsilin məzmunu ilə bağlı geniş tədqiqat işləri aparıb. Onun son kitabları “Təhsil tariximizin qara ləkələri”, “Təhsilimiz hara gedir?” və “Təhsilimiz bu gün” olub. Ailəli idi,1 oğlu və 1 qızı var.

AzVision.az


Teqlər:  





Xəbər lenti