Milli Şura imza vərəqlərini bu gün MSK-ya təqdim edəcək

Milli Şura imza vərəqlərini bu gün MSK-ya təqdim edəcək
  08 Sentyabr 2013    Oxunub:996
"Yaxın saatlarda Milli Şuranın prezidentliyə vahid namizədi, professor Cəmil Həsənlinin müdafiəsi üçün toplanmış imzalar və tələb olunan digər sənədlər MSK-ya təqdim olunacaq”.
AzVision.az xəbər verir ki, bunu Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılı sosial şəbəkədəki şəxsi səhifəsində yazıb.

O bildirib ki, 893 imza vərəqində 44. 595 imza toplanıb: “İmzalar bütün 125 seçki dairəsi ərazisindən torlanıb. Qanuna uyğun olaraq 60-dan çox dairənin ərazisindən 50 və daha artıq imza toplanması tələb olunur. Seçki qərargahı 120 seçki dairəsi ərazisindən 50 və daha artıq imza toplanmasını təmin edib. Bütün işlər həm qanunvericiliyə uyğun, həm də yüksək peşəkarlıqla həyata keçirilib”.

AzVision.az


Teqlər:





Xəbər lenti