Prokurorluq Gülər Əhmədovanın adamını araşdırmağa başladı

Prokurorluq Gülər Əhmədovanın adamını araşdırmağa başladı
  01 Mart 2013    Oxunub:1384
Baş prokurorluğun üzvü cinayət işi üzrə Türkiyəyə gedib.
Baş Prokurorluq sabiq deputat Gülər Əhmədovanın Türkiyədəki adamı olmuş Səlcuk Ağlayanla bağlı açıqlama verib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Bakı şəhər prokurorluğunda istintaq edilən cinayət işi üzrə istintaq qrupunun üzvü Türkiyə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən Sevinc Babayevanın Türkiyə Respublikasında vəfat etməsi ilə əlaqədar həyata keçirilən bəzi istintaq hərəkətlərinin aparılmasında iştirak etmək məqsədi ilə qısa müddətə həmin ölkəyə ezam olunub.

“Türkiyə vətəndaşı Səlcuk Ağlayanın həbs olunması barədə sualınıza gəldikdə isə bu barədə Azərbaycan Prokurorluğuna hər hansı bir məlumat daxil olmayıb”-deyə E.Sultanov bildirib.

Hazırda həbsdə olan keçmiş deputat Gülər Əhmədovanın Türkiyədəki yaxın adamı kimi adı çəkilən Səlcuq Ağlayan Türkiyədə gizlənərək vəfat edən Sevinc Babayevaya saxta sənəd təmin etməkdə, ona qalmaq üçün mənzil kirayələməkdə ittiham edilir.

Məlumat üçün bildirək ki, bundan əvvəl bir neçə dəfə Azərbaycan mətbuatına qısa müsahibə verən S.Ağlayan video qalmaqalından xəbərsiz olduğunu və Sevinc Babayevaya sadəcə insanlıq xatirinə kömək etdiyini bildirmişdi.

S.Babayevanın oğlu Ayxan isə S.Ağlayanın Gülər Əhmədova ilə iş əlaqələrinin də olduğunu bildirərək anasını ölümündə onun açar rolunu oynadığını vurğulamışdı.


Teqlər:





Xəbər lenti