Bu kənddə siqaret çəkən oğlana qız vermirlər

Bu kənddə siqaret çəkən oğlana qız vermirlər
  08 Sentyabr 2013    Oxunub:2147
Türkiyənin Şanlıurfa vilayətinin 350 nəfərlik Akçaməscid kəndində artıq 5 ildir ki, siqaret çəkilmir. AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, kəndin giriş hissəsində “bu kənddə siqaret çəkilmir” elanı yerləşdirilib.

Kəndin muxtarı (icra nümayəndəsi) Abdullah Saçaklının sözlərinə görə, hətta işləmək istəyən amma siqaret çəkən fəhlələr də kəndə buraxılmır. Həmçinin, mağazalarda da tütün məhsullarının satışına qadağa qoyulub.

Siqaret çəkən oğlana qız verilmir.

Bu kəndə qonaq gələnlər belə kəndi tərk edənə qədər siqaret çəkə bilməzlər. Kəndin qızlarına elçi düşən oğlanlara qoyulan ilk şərt isə siqaret çəkməmidir. Kəndin muxtarı bildirib ki, siqaret çəkən oğlana qız verilmir: “İndiyə qədər bizim siqaret çəkən kürəkənimiz olmayıb. Siqaret çəkənə qızımızı vermirik. Siqaret çəkən oğlanlarda da qızımızı geri aldıq. Bizim elçi düşən oğlana ilk sualımız evin və ya maşının var? Deyil. Onlardan heçnə istəmirik. Tək istədiyimiz onların siqaret çəkməməsidir.

Siqaret çəkənə cəza

Siqaretə qadağa qoyulduğu üçün insanlar daha çox acı qəhvəyə üstünlük verirlər. Kənddə siqaret qadağasına davam edəcəklərini bildirən kənd muxtarı qeyd edib ki, insanları siqaretdən uzaq tutmaq üçün alternativ vasitələrdən istifadə edirlər: “Gənclərimizi siqaretdən qurtarmaq üçün kənddə kitabxana düzəltdik. Kitab oxuyan gənclərimizə çay və acı qəhvə veririk. Əgər kimsə siqaret çəkərsə, gəlib mənə deyirlər. Məndə həmin insanın maddi durumuna uyğun olaraq, cəza kəsirəm. Bu pulla da kənd əhlinə qonaqlıq təşkil edirik”-deyə, A.Saçaklı əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti