Rusiyada terror törətmək istəyən 7 nəfər tutulub

Rusiyada terror törətmək istəyən 7 nəfər tutulub
  28 İyul 2017    Oxunub:975
Rusiya Federal Təhlükəsizlik Xidməti Sankt-Peterburqda, o cümlədən dəmiryolunda terror aktlarının hazırlanmasına görə Mərkəzi Asiya mənşəli 7 nəfəri saxlayıb.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, saxlanılan şəxslərin hamısı Orta Asiya ölkələrinin vətəndaşlarıdır. Saxlanılanların şəxsiyyətləri açıqlanmasa da, müvafiq əməliyyat-istintaq işləri aparılır.

Qeyd edək ki, apreldə Sankt-Peterburq metrosunda baş verən terror nəticəsində 16 nəfər ölüb. Partlayış zamanı bir azərbaycanlı ölüb, digəri isə yaralanıb.

AzVision.az




Teqlər: rusiya   terror  





Xəbər lenti