Moskvadan diplomatlarla bağlı Vaşinqtona sərt cavab

Moskvadan diplomatlarla bağlı Vaşinqtona sərt cavab
  28 İyul 2017    Oxunub:1866
Rəsmi Moskva ölkədəki Amerika diplomatlarının ümumi sayını 455 nəfərə qədər azaltmağı təklif edir.
AzVision.az-ın məlumatına görə, Rusiya XİN-in bəyanatında qeyd olunur ki, bu xəbərdarlıq ABŞ Senatı tərəfindən Rusiyaya qarşı sanksiyaları sərtləşdirən qanunun qəbul edilməsi ilə əlaqədardır.

"ABŞ-da bizim diplomatların sayının azaldılması üzrə bu ölkə hakimiyyətinin yeni birtərəfli hərəkətlərinə güzgülü cavab verəcəyik", - Rusiya XİN-in bəyanatında qeyd olunur.

Bundan əlavə, Rusiya avqustun 1-dən ABŞ-ın bu ölkədəki səfirliyinə Moskvanın Dorojnaya küçəsi və Serebryanıy Bordadakı bütün anbarların istifadəsini qadağan edir.

"Qarşılıqlı qaydada ABŞ-ın maraqlarına toxuna bilən digər tədbirlərin həyata keçirilməsi hüququnu özümüzdə saxlayırıq", - Rusiya XİN-in bəyanatında vurğulanır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Moskva   ABŞ   Rusiya   Vaşinqton  





Xəbər lenti