ABŞ səfiri Rusiya XİN-in xəbərdarlığına etiraz etdi

ABŞ səfiri Rusiya XİN-in xəbərdarlığına etiraz etdi
  28 İyul 2017    Oxunub:1659
ABŞ-ın Rusiyadakı səfiri Con Tefft Rusiya XİN-in amerikalı diplomatlarla bağlı cavab tədbirlərinə protest verib. AzVision.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidmətinin rəhbəri Mariya Olson bildirib.
“Biz Rusiya rəhbərliyi tərəfindən xəbərdarlıq aldıq. Səfir Tefft dərin məyusluq hissi keçirib və etiraz edib”, - deyə Olson vurğulayıb.

O, əlavə edib ki, xəbərdarlıq tanış olmaları üçün Vaşinqtona göndərilib.

Qeyd edək ki, daha əvvəl rəsmi Moskva ölkədəki Amerika diplomatlarının ümumi sayını 455 nəfərə qədər azaltmağı təklif edib.
usiya XİN-in bəyanatında qeyd olunur ki, bu xəbərdarlıq ABŞ Senatı tərəfindən Rusiyaya qarşı sanksiyaları sərtləşdirən qanunun qəbul edilməsi ilə əlaqədardır.

"ABŞ-da bizim diplomatların sayının azaldılması üzrə bu ölkə hakimiyyətinin yeni birtərəfli hərəkətlərinə güzgülü cavab verəcəyik", - Rusiya XİN-in bəyanatında qeyd olunur.

Bundan əlavə, Rusiya avqustun 1-dən ABŞ-ın bu ölkədəki səfirliyinə Moskvanın Dorojnaya küçəsi və Serebryanıy Bordadakı bütün anbarların istifadəsini qadağan edir.

"Qarşılıqlı qaydada ABŞ-ın maraqlarına toxuna bilən digər tədbirlərin həyata keçirilməsi hüququnu özümüzdə saxlayırıq", - Rusiya XİN-in bəyanatında vurğulanır.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti