Məmmədyarov yunanıstanlı səfirlə vidalaşdı

Məmmədyarov yunanıstanlı səfirlə vidalaşdı
  28 İyul 2017    Oxunub:1322
Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqası diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfir Dimitrios Tsounqas diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycanla Yunanıstan arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb.

E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Məmmədyarov   XİN  





Xəbər lenti