Sirus Təbrizli Fəxri Xiyabanda dəfn olunub

Sirus Təbrizli Fəxri Xiyabanda dəfn olunub
  08 Sentyabr 2013    Oxunub:5078
Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri, keçmiş YAP-çı Sirus Təbrizli bu gün II Fəxri Xiyabanda dəfn olunub.

AzVision.az apa-ya istinadən xəbər verir ki, dəfn mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini Bəylər Eyyubov, YAP-ın icra katibi Əli Əhmədov, millət vəkilləri, AMİP lideri Etbar Məmmədov, professor Cəmil Həsənli, vəkil Aslan İsmayılov və başqaları iştirak ediblər.

S. Təbrizli vəsiyyətinə əsasən, Anar Məmmədxanovun məzarının yanında dəfn edilib.

Qeyd edək ki, Sirus Təbrizli Xudadat oğlu 9 may 1942-ci ildə Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Yeni Azərbaycan Partiyası sədr müavini olub. Bir neçə çağırış Milli Məclisin deputatı seçilib.

Evlidir, 2 övladı var.


Teqlər:  





Xəbər lenti