Antalyada hoteldə yanğın: 400 turist təxliyə edilib

Antalyada hoteldə yanğın: 400 turist təxliyə edilib
  29 İyul 2017    Oxunub:2025
Türkiyənin Antalya vilayətində mehmanxanaların birində yanğın baş verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, beşulduzlu mehmanxanada baş verən yanğınla əlaqədar 400 nəfər yerli və xarici turist təxliyə edilib.

Qeyd olunub ki, yanğın zamanı 14 nəfər xəsarət alıb. Xəsarət alanlardan 4-ü Rusiya, 10-u Türkiyə vətəndaşıdır.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən briqadaları cəlb olunub. Xilasedicilər mehmanxananın eyvanındakı turistləri də hadisə yerindən uzaqlaşdırıb.

AzVision.az


Teqlər: Antalya   yanğın  





Xəbər lenti