“Beynəlxalq Ordu Oyunları-2017” başladı

“Beynəlxalq Ordu Oyunları-2017” başladı
  29 İyul 2017    Oxunub:1903
Moskva ətrafında “Patriot” parkı və “Albino” poliqonunda “Beynəlxalq Ordu Oyunları-2017” başlayıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Oyunlar Rusiya ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan və Çin ərazisindəki 21 poliqonda keçiriləcək. Azərbaycanda (“Dəniz kuboku”), Belarusda (“Birlik döyüşçüsü”), Qazaxıstanda (“Snayper sərhədi”, “Artilleriya atəşi ustası”, “PUA heyətlərinin yarışları”) və Çində (“Silahdüzəldən usta”, “Aviadarts”, “Desant bölüyü, ”Təmiz səma”, “Təhlükəsiz mühit”, “Suvorov hücumu”) 11 yarış ilk dəfə təşkil olunacaq. Dəniz yarışları Qara, Xəzər və Yapon dənizləri akvatoriyalarında baş tutacaq.Dəniz yarışları Qara, Xəzər və Yapon dənizi hövzəsində keçiriləcək.

"Beynəlxalq Hərb Oyunları-2017”də Rusiya, Avropa, Asiya, Afrika və Latın Amerikasını təmsil edən 28 ölkədən 150-dən çox heyət iştirak edir. Oyunların qalibi hər yarışın nəticələri və komanda hesabına görə əldə edilən nailiyyət əsasında müəyyənləşəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Moskva  





Xəbər lenti