Replə dərs deyib velosipedlə kitab paylayan müəllim - Video
Həbib Əlizadə - Tarix müəllimi: “Məktəb bitdiyi üçün çox paylaya bilmədik. Az bir hissəsini payladıq. Velosiped sürmək hobbim olduğu üçün düşündüm ki, bəlkə bunu velosipedlə gedə-gedə qarşıma çıxan uşaqlara paylaya bilərəm. Çox şükür alındı. Hal-hazırda davam edirik”.
Müəllim kitabların bir hissəsini çalışdığı Lənkəranın ucqar kəndi Gəgiranda da paylayıb. O, hazırda velosipedlə doğulduğu Astara rayonun kənd məktəblərinə üz tutub. Həbib Əlizadə yay tətili boyunca bu işini davam etdirəcəyini deyir.
Həbib Əlizadə - Tarix müəllimi: “İndiyə qədər Astarada 6 kənd gəzmişəm. Gün ərzində çalışıram ki, 50-100 uşağa hədiyyə verim. Hədəfim var aşağı kəndləri bitirəndən sonra, ucqarlara da gedim. Ən azı 20 kəndə getmək hədəfim var”.
Havalar isti olduğu üçün müəllim velo səyahətinə saat 17:00-dan sonra başlayır. Onun bu addımı yerli insanlar tərəfindən də maraqla qarşılanıb.
AzVision.az