Azərbaycan vətəndaşı Rusiyada intihara cəhd edib

Azərbaycan vətəndaşı Rusiyada intihara cəhd edib
  29 İyul 2017    Oxunub:1601
Rusiyada miqrantların müvəqqəti saxlanıldığı yerdə Azərbaycan vətəndaşı intihara cəhd edib.
Soydaşımız məmurların yaratdığı şəraitə dözə bilməyib. Çünki nəzarətçilər üç aydır onu Perm şəhərindəki müvəqqəti saxlama yerində qalmağa məcbur edərək, Azərbaycana qayıtmağına imkan vermirlər.

Məhkəmə Azərbaycan vətəndaşı barəsində Rusiyadan deportasiya edilməsi haqda qərar qəbul etsə də, ona ən azı avqustun 14-dək müvəqqəti saxlama yerində qalmalı olacağı bildirilib.

Hazırda onun sənədləri Rusiya Daxili İşlər Nazirliyi Perm İdarəsinin uyğun qurumunda yenidən yoxlanılır.

Şahidlərin sözlərinə görə, yerli miqrasiya xidməti naməlum səbəblərdən miqrantların çoxunun öz vətənlərinə getməsini 6 ayadək uzadır.(Report.az)

AzVision.az


Teqlər: İntihar   Rusiya  





Xəbər lenti