Vətəndaşlar yığılıb-qalan qaz borclarını ödəyib
2013-cü ilin avqust ayında 7 min 731 yeni abonent qeydiyyata alınıb.
Bu ilin 8 ayında əhali sektoru üzrə 1 milyard 394 milyon 142 min 970 kubmetr həcmində təbii qaz satılıb, əvəzində 103,1 faiz vəsait toplanıb. 2013-cü ilin avqust ayı ərzində isə 63 milyon 238 min 237 kubmetr təbii qaz satılıb, bu zaman sərf olunmuş təbii qazın dəyəri üzrə yığılmış vəsaitin həcmi 127,6 faiz təşkil edib.
Bu onunla əlaqədardır ki, 2012-2013-cü illərin payız-qış mövsümü zamanı yaranmış debitor borclar abonentlər tərəfindən yaz-yay mövsümündə ödənilib.
Nəticədə 2013-cü ilin yanvar-avqust ayları ərzində debitor borc 9,6 faiz, təkcə avqust ayında isə 3,6 faiz azalıb.
Teqlər: