Əhmədinejat peşəsinə geri döndü

 Əhmədinejat peşəsinə geri döndü
  08 Sentyabr 2013    Oxunub:1137
İranın keçmiş prezidenti Mahmud Əhmədinejat, Elm və Texnologiya universitetində müəllimlik edəcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, M. Əhmədnejat, prezident olmadan öncə həmin universitetdə müəllim vəzifəsində çalışıb.

Universitetə geri qayıtdığı üçün çox məmnun olduğunu dilə gətirən prezident, `sanki evimə qayıtmışam` şəklində mətbuata açıqlama da verib. O, tələbələrinə inşaat mühəndisliyindən dərs keçəcəyini də qeyd edib.

Xatırladaq ki, bir neçə ay öncə M.Əhmədinejat universitet açmaq üçün Mədəni İnqilab Ali Şurasına müraciət ünvanlayıb. Və Şura bu təklifi müsbət qiymətləndirib.

Mirvari



Teqlər:  





Xəbər lenti