755 amerikalı diplomat Rusiyanı tərk edəcək - Putin

755 amerikalı diplomat Rusiyanı tərk edəcək - Putin
  31 İyul 2017    Oxunub:2132
ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı Rusiyanı tərk etməli olacaq.
“Vesti.ru”-ya verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı ölkəni tərk etməli olacaq. Beləliklə, Rusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının və texniki personalının sayı ABŞ-dakı Rusiya diplomatları və texniki personalının sayına uyğunlaşdırılacaq. Hər tərəfdən 455 nəfər”, - deyə Putin bildirib.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı bu həftə Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar haqqında qanun qəbul edib.

AzVision.az


Teqlər: Rusiya   Putin   Amerika   Diplomat  





Xəbər lenti