Sinay yarımadası ilə Qəzzanı birləşdirən tunellər dağıdıldı

Sinay yarımadası ilə Qəzzanı birləşdirən tunellər dağıdıldı
  09 Sentyabr 2013    Oxunub:3209
Misir hərbçiləri Qəzza bölgəsi ilə sərhəddə yerləşən və terrorçular tərəfindən istifadə edilən 6 yeraltı tunelləri partladılıb.
Rəsmi Qahirə hesab edir ki, dağıdılan tunellər vasitəsi ilə yerli fələstinlilər və qaçaqmalçılar Qəzza bölgəsindən Sinay yarımadasına silah, ərzaq və digər mallar daşıyırdılar. Ordu komandanlığı, artıq bölgəyə nəzarətin tam təmin olunduğunu bildirib.

Qeyd edək ki, yarımadanın şimalında Misir ordusunun terror bazalarına qarşı keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində 300 silahlı ekstremist saxlanılıb, 11 hərbçi isə həlak olub.


Teqlər:  





Xəbər lenti