“10 min abituriyent 100 baldan aşağı toplayıb” – DİM sədri

“10 min abituriyent 100 baldan aşağı toplayıb” – DİM sədri
  01 Avqust 2017    Oxunub:11259
“Qəbul imtahanlarının birinci mərhələsində iştirak edən 10 min nəfər ikinci imtahanda iştirakdan imtina edib. Bunlar əsasən 100 baldan aşağı toplayanlardır”. AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, yaz kompansiyasında iştirak edən 65 min abitiruyentin 53 mini ikinci dəfə yay imtahanına yazılmışdı.

“I qrupda yaz imtahanında 25 min 54 nəfər iştirak edib, bunlardan 50 faizdən çoxu 161.54 bal toplayıb. Bu o deməkdir ki, 50 faiz imtahanda iştirak edənlər bu baldan yuxarı nəticə göstərib. İyul ayında 1-ci qrupda 22 min 267 nəfər iştirak edib və onların tam yarısından çoxu 193 bal nəticə göstərib. Orta balın 30 bal artması onu göstərir ki, əvvəlki imtahanda iştrak edən abituriyentlər öz üzərində işləyib yaxşı nəticə göstəriblər. II qrupda I mərhələdə iştirak edən 18 min 349 nəfərin 50 faizi 204.49 bal toplayıb. İkinci mərhələdə 17 321 abituriyent iştirak edib ki, onların yarısı 216.62 bal toplayıb. III qrupda may ayında 16 360 nəfər iştirak edib 50 faiz 215.79 baldan yuxarı nəticə gstərib. Yay imtahanında iştirak edən 15 591 nəfərdən 263.67 bal toplayıb. IV qrupda iştirak eədn 4455 abituriyentdən 50 faizi 265.5 bal toplayıb. İkinci imtahanda isə iştirak edən 4248 abituriyentin yarısı 334 bal topalyıb.

Bu ilki imtahan göstəriciləri müəyyən qruplarda keçən ilki nəticələrlə eynidir, müəyyən qruplarda isə yaxşılaşma var. Məsələn, III qrupda nəticələr keçən ilkinə nisbətən daha yaxşılaşıb. II qrupda isə bu il nəticələr bir az aşağıdır. Bu isə daha hazırlıqlı uşaqların hansı qrupu seçməsindən asılıdır. 4-ci qrupu daha hazırlıqlı uşaqlar seçir. Çünki hədəf Tibb Universiteti və düşünür ki, orada müsabiqə vəziyyəti yüksəkdir”.

M.Abbaszadə qeyd edib ki, bəzən valideynlər övladları yüksək bal toplayanda prestijli, dəbdə olan ixtisası seçmək lazım olduğunu düşünür. Bu zaman da övladlarını sındırmış olurlar.

“İxtisas seçimini edəndə, taleyüklü qərar verəndə hər şeyi götür-qoy etmək lazımdır. Hər bir abituriyentin öz nəticəsi və istəkləri var. Eyni zamanda, hər bir ailənin öz imkanı var. Ona görə də kiməsə məsləhət vermək çox çətindir. Təəssüf ki, uzun illərdir kiminsə bu məsuliyyəti öz üzərinə götürdüyünü və müəyyən vədlər verdiyini müşahidə edirik. Abituriyent özü müəyyənləşdirməlidir ki, hansı ixtisasda təhsilini davam etdirmək istəyir və yaxud da hansısa ali təhsil müəssisəsinə daxil olmaq istəyir. Valideynlər çox vaxt övladlarının istəklərinə fikir vermirlər”.

DİM-in Direktor Şurasının sədri bildirib ki, bu il ali məktəblər üçün 42 806 vakant yer təqdim olunub. “Hətta ola bilər ki, müəyyən yerlər boş qalsın. Ötən illə müqayisədə vakant yerlər 2 faiz artıb. I qrupda bu göstərici 1 faiz, II qrupda 5 faiz artıb, III qrupda demək olar eyni qalıb, IV qrupda 3,5 faiz azalma, V qrupda isə təxminən 8 faiz artım var”.

DİM sədri xatırladıb ki, avqustun 10-da ixtisas seçimi başa çatandan sonra xüsusi proqram təminatı vasitəsilə yerləşdirilmə aparılacaq: “Toplanan bala və ixtisas seçiminə görə nəticələr elan olunacaq. Bundan sonra boş qalan yerlər elan olunacaq. Bu da avqust ayının 15-dən sonra olacaq. Bunun üçün sənəd qəbulunun avqustun 15-dən 19-a kimi olmasını nəzərdə tutmuşuq. Nəticələri elan etdikdən sonra, avqustun 20-dən 30-dək ali məktəblərə qeydiyyat aparılacaq. I mərhələnin qeydiyyatı avqustun 15-dən 25-ə qədər aparılacaq”.

Aytən Zəhra
AzVision.az



Teqlər: DİM   imtahan  





Xəbər lenti