Meksikada 9 jurnalist öldürülüb

Meksikada 9 jurnalist öldürülüb
  01 Avqust 2017    Oxunub:1034
Meksikada Aşağı Kaliforniya ştatının Rosarito şəhərində CNR telekanalının reportyoru Luçano Rivera güllələnərək qətlə yetirilib.

AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, journalist ötən gecə klublarından birində ziyarətçilərlə mübahisə zamanı öldürülüb.

Cinayəti törədənlər hadisə yerindən qaçıblar. Lakin onlar saxlanılıb və avtomobillərindən odlu silah aşkar olunub. Rivera bu il öldürülən 9-cu jurnalistdir.

Qeyd edək ki, 2000-ci ildən etibarən ölkədə KİV-in 120 əməkdaşı öldürülüb, 20-si itkin düşüb.

AzVision.az




Teqlər: Meksika  





Xəbər lenti