ABŞ iki AES-dən imtina etdi

ABŞ iki AES-dən imtina etdi
  01 Avqust 2017    Oxunub:1386
ABŞ-da iki Atom Elektrik stansiyası tikmək planından imtina ediblər.
AES-lər Cənubi Karolina ştatındakı Cenkinsvil şəhərində tikilməli idilər. Plandan imtinanın səbəbi tikintinin smetasının 7 milyard dolları aşmasıdır. Bundan başqa, tikinti müddətinin də 4 ildən çox uzanacağı bəlli olub. Ona görə də, layihədən imtina edilib.

Bu haqda stansiyaları tikməli olan Santee Cooper və South Carolina Electric & Gas şirkətləri xəbər yayıblar.

AzVision.az


Teqlər: #ABŞ   #AES  





Xəbər lenti