Əsgərimiz həlak oldu

Əsgərimiz həlak oldu
  09 Sentyabr 2013    Oxunub:1156
Azərbaycan əsgəri ehtiyatsızlıq nəticəsində dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “N” saylı hərbi hissənin əsgəri Bəbişov Namiq Əlibala oğlu təhlükəsizlik qaydalarını pozaraq şəxsi ehtiyatsızlıq nəticəsində patronun gülləsinin partlaması ilə ağır xəsarət alıb və dünyasını dəyişib.

Nazirlik əsgərin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, həlak olan əsgər Yevlax rayonundan hərbi xidmətə çağırılıb.


Teqlər:  





Xəbər lenti