Moskva məhkəməsində atışma: Ölən və yaralılar var

Moskva məhkəməsində atışma: Ölən və yaralılar var
  01 Avqust 2017    Oxunub:2147
Moskva vilayət məhkəməsində atışma baş verib, ölənlər var. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu vəkil Sofiya Rubasskaya bildirib.
Vəkil qeyd edib ki, o ən azı 20 atəş səsi eşidib.

Moskva vilayətində məhkəmə zamanı baş vermiş atışma zamanı cinayətkar qruplaşmanın 4 üzvü zərərsizləşdirilib.

Son məlumata görə, təqsirləndirilən şəxslərdən biri onları müşayiət edən mühafizəçidən silahı alaraq atəş açmağa başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Moskva  





Xəbər lenti