Ermənistanda silahlı insident: 4 ölü, 8 yaralı (Fotolar)

Ermənistanda silahlı insident: 4 ölü, 8 yaralı (Fotolar)
  01 Avqust 2017    Oxunub:4097
Ermənistanın Araqots vilayətinin Şamiram kəndində yas mərasimi zamanı atəşma baş verib.
AzVision.az-ın “News.am” saytına istinadən verdiyi məlumata görə, naməlum şəxs mərasimin keçirildiyi çadıra daxil olub ətrafdakılara atəş açıb. Nəticədə 4 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölənlərin hamısı kişilərdir.



Daha sonra atəş açan şəxs “Niva” markalı avtomobillə hadisə yerindən qaçıb. Cinayətin məişət zəminində törədildiyi bildirilir. Şamiram kəndində əsasən yezidi kürdlərinin yaşadığı xəbər verilir.



Yaralıların müalicə olunduğu xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Yaralılardan 3-nün vəziyyəti ağırdır.



AzVision.az



Teqlər: Ermənistan   atışma  





Xəbər lenti