Ovanisyan İrəvan meri olacaq

Ovanisyan İrəvan meri olacaq
  01 Mart 2013    Oxunub:1754
“İrates de fakto”: Ermənistan hökuməti Raffi Ovanisyana yeni vəzifə söz verib.
Ermənistan Parlamentinin sədri 18 fevral seçkiləri öncəsi vəziyyəti müzakirə obyektinə çevirmək istədiyi bir vaxtda , seçkilərdə ikinci yeri tutan “İrs” partiyasının lideri Raffi Ovanisyan rayonlarda mitinqlər təşkil edərək qalib gəldiyini elan edir. Bu barədə “İrates de fakto”qəzeti yazır.

“Əldə etdiyimiz məlumatlara görə, Ovanisyan , İrəvanın Ağsaqqallar Şurasının (paytaxt parlamenti) mayın 5-də keçirəcəyi mer seçkilərinə qədər aksiya fəaliyyətini davam etdirəcək. Həmçinin bildirilir ki, hökumət Ovaniyana söz verib: əgər Ağsaqqallar şurasının seçkilərində qalib gələrsə paytaxt meri olacaq. Lakin müxalifət qarşıdan gələn seçkilərdə vahid cəbhədə çıxış etməyəcək. Buna görə də Ovanisyan 18 fevral seçkilərində topladığı səslərin böyük hissəsini itərəcəyindən narahatdır. Qeyd olunur ki, icra başçısı seçkilərində Ermənistanın Daşnaqsütun ,”Çiçəklənən Ermənistan” və “yenilənmiş” erməni milli konqresi iştirak edəcək. Belə bir şəraitdə Ovanisyan prezident seçkilərində topladığı səslərin ümumilikdə müxalifətə deyil, məhz ona aid olduğunu sübut etməli olacaq”-deyə qəzet yazır.


Teqlər:  





Xəbər lenti