`Zəlzələnin qorxusu yoxdur` - AÇIQLAMA

`Zəlzələnin qorxusu yoxdur` - AÇIQLAMA
  09 Sentyabr 2013    Oxunub:897
Bakıda baş verən zəlzələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi açıqlama yayıb.
AzVision.az xəbər verir ki, mərkəzin məlumatına görə, yerli vaxtla saat 09:35:47-də Xəzər dənizində, Nardarandan 11 km Şimalda Rixter cədvəli ilə 4.0, Abşeronun dənizyanı yaşayış məntəqələrində 4.0-3.0 bal gücündə hiss olunub. Zəlzələ nəticəsində insan təlafatı və tikililərdə dağıntı olmayıb.

Mərkəz zəlzələ ilə bağlı KİV-ə müraciət edib:

“Bu gün səhər Xəzər dənizində baş verən zəlzələnin dənizsahili bəzi yerlərdə hiss olunmasına baxmayaraq bu o qədər də narahatçılıq doğura biləcək zəlzələ deyil. Bu adi təkanlardan biridir. Odur ki, bütün media nümayəndələrindən xahiş edirik ki, məlumatı yayarkən diqqətli olsunlar. İnsanlarmızda yersiz narahatçılıq doğura biləcək məlumatlar yaymasınlar”.


Teqlər:





Xəbər lenti