Yaponiyada 5,5 bal gücündə zəlzələ olub
Sunami təhlükəsi elan edilsə də, zəlzələdən bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. Güclü yeraltı təkanlar paytaxt regionu da daxil olmaqla, Honsü adasının mərkəzi və şimal-şərq hissəsində hiss edilib.
Dağıntı və ya tələfat barəsində məlumat verilmir.
AzVision.az